Albaniya çempionatının ikinci bombardiri "Traktor"da

Albaniya çempionatının ikinci bombardiri "Traktor"da
24.08.2025 20:00 İdman

İran çempionu "Traktor" heyətini albaniyalı hücumameylli yarımmüdafiəçi Regi Luşkya ilə gücləndirib.

TodayPress TV xəbər verir ki, 29 yaşlı futbolçu ötən mövsüm “Eqnatia”nın heyətində 16 qolla yadda qalıb və Albaniya çempionatının ikinci bombardiri olub.

Luşkya cari mövsümdə UEFA Çempionlar Liqası və Konfrans Liqasının təsnifat mərhələlərində 5 oyunda 3 qol və 1 assist göstəricisi ilə çıxış edib.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər