Ağırlıqqaldıranımız Avropa çempionatında rekorda imza atdı
İdman
31.10.2025 18:20
Ağırlıqqaldırma üzrə yığma komandamızın üzvü Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa çempionatının qalibi adını qazanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidməti məlumat yayıb.
79 kq çəki dərəcəsində yarışan Ravin birdən qaldırma hərəkətində 151 kq çəkini ram edib. Təkanla qaldırma hərəkətində 189 kq ağırlığı başı üzərinə qaldıran Alməmmədov toplamda 340 kq nəticə göstərib. Beləliklə birdən qaldırmada bürünc, təkanla qaldırma hərəkətində isə qızıl medal qazanan Ravin Alməmmədov toplamda Avropa birinciliyinin qalibi olub.
Təmsilçimiz eyni zamanda təkanla qaldırma hərəkətində və toplamda Avropa çempionatının rekordunu müəyyənləşdirib.
Namiq HUN
tag: Ağırlıqqaldırma,Rekord,Yarış,Çempionat,Todaypress.tv,
