Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə görüşdü
Hərbi
07.06.2025 11:10
Qurban bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissələri ziyarət edərək şəxsi heyətlə görüşüb.
TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev, Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva və müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram təbrikləri şəxsi heyətə çatdırılıb.
Nazirliyin rəhbər heyəti, həmçinin döyüş mövqeyində hərbi qulluqçularla görüşüb, onların xidməti-döyüş fəaliyyəti ilə maraqlanıb.
tag: MN,HHQ,Görüş,Tədbir,Todaypress.tv,


