Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirildi
Hərbi
24.06.2025 15:38
Azərbaycan Ordusunda xidmət edən psixoloqların bilik və bacarıqlarını artırmaq, ekstremal şəraitdə daha səmərəli fəaliyyət göstərmələrini təmin etmək məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda psixoloqlarla təlim keçirilib.
TodayPress TV xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Qardaş Türkiyə Respublikasından dəvət edilmiş psixoloq "Sxem terapiyası" təlimində dinləyicilərə ətraflı məlumat verib. Psixoloji problemlərin aradan qaldırılmasında, şəxsiyyət pozuntularının müalicəsində bu üsulun düzgün tətbiqi öyrədilib.
Təlim zamanı interaktiv metodlardan istifadə olunmaqla müasir təcrübələrə əsaslanan terapiya üsullarının faydaları izah edilib, praktiki çalışmalar yerinə yetirilərək qazanılan biliklər möhkəmləndirilib.
Dinləyicilər tərəfindən mövzu diqqətlə mənimsənilib, təlimçilər maraq doğuran suallara geniş şəkildə cavab veriblər.
tag: Azərbaycan,MN,Psixoloq,Təlim,Todaypress.tv,
 
                                             
        
 
                                ![Yararsız döyüş sursatları [[məhv ediləcək]]](/uploads/news/68b53e6217031.webp) 
                                            ![[[Müdafiə Nazirliyinin rəhbərliyi]] Fəxri xiyabanı ziyarət etdi](/uploads/news/68d7de65d6671.webp) 
                                            ![Azərbaycan hərbçiləri [[Pakistanda keçirilən hərbi paradda]] iştirak etdilər](/uploads/news/689dc056dcac1.webp) 
                                            ![Şəhid hərbi pilot [[Rəşad Atakişiyevin]] məzarı ziyarət olundu](/uploads/news/6884c4d278aef.webp) 
                                            ![Ağdərədə yararsız döyüş sursatları [[məhv ediləcək]]](/uploads/news/6899b69c34414.webp) 
                                            ![[[Baş Qərargah rəisi]] MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak etdi](/uploads/news/68d3d8450bf1a.webp) 
                                            ![BƏƏ [[Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı]] ölkəmizə səfər etdi](/uploads/news/68ff565c73849.webp) 
                                            ![Gənc hərbi pilotlarla [[təlim-məşq uçuşları]] keçirildi](/uploads/news/68a57b231f3ef.webp) 
                                            ![Azərbaycan və Qazaxıstan [[XTQ mənsubları]] görüşdü](/uploads/news/68789beea1d7d.webp) 
                                            ![[[Hərbi Prokuror]] kursantlarla görüşdü](/uploads/news/68d6d21fd0543.webp) 
                                            