Qoridə Azərbaycan, Gürcüstan və Türkiyə hərbi akademiyalarının rəhbər heyətləri görüşdü
Hərbi
23.10.2025 17:32
Gürcüstanın Qori şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Milli Müdafiə universitetlərinin rəhbər heyətləri arasında üçtərəfli görüş keçirilib.
Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, LEPL – David Ağmaşenebeli adına Milli Müdafiə Akademiyasında keçirilən görüşdə Azərbaycan nümayəndə heyətinə Milli Müdafiə Universitetinin rektorunun Elm və Təhsil üzrə müavini general-mayor Arif Həsənov rəhbərlik edib.
Üçtərəfli görüşdə hərbi təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi və peşəkar hərbi qulluqçuların hazırlığında təcrübə mübadiləsinin gücləndirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.
Müasir hərbi tədris metodlarının tətbiqi məsələlərinin də müzakirə edildiyi görüşdə qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
LEPL-də yaradılan şəraitlə tanışlıqdan sonra nümayəndələr hər üç ölkənin kursantları arasında müxtəlif idman növləri üzrə təşkil edilən yarışlarda iştirakçılara uğurlar arzulayıblar.
Sonda qaliblərə mükafatlar təqdim olunub.
tag: MN,Azərbaycan,Gürcüstan,Türkiyə,Todaypress.tv,
 
                                             
                                             
        
 
                                ![Aviasiya bölmələri ilə [[təlim-məşq uçuşları]] keçirildi](/uploads/news/68a038dac3184.webp) 
                                            ![Müdafiə naziri [[gürcüstanlı həmkarı ilə]] görüşdü](/uploads/news/68e7bece27e1d.webp) 
                                            ![[[Azərbaycan və Serbiya]] hərbi nümayəndələri arasında görüş keçirildi](/uploads/news/683ef28ca1768.webp) 
                                            ![[[Azərbaycan millisinin]] futbolçusu əməliyyat olundu](/uploads/news/68cc4ea1a8e84.webp) 
                                            ![Hərbi pilotlar [[təlim-məşq uçuşlarını]] icra etdilər](/uploads/news/68838228527a3.webp) 
                                            ![Azərbaycan-Türkiyə [[hərbi əməkdaşlığı]] inkişaf etdirilir](/uploads/news/685e5c0ecab5e.webp) 
                                            ![[[Azərbaycan HHQ komandanı]] Özbəkistana səfər etdi](/uploads/news/6846814a37233.webp) 
                                            ![Müdafiə naziri [[Azərbaycan Ordusunun şəxsi heyətinə]] təbrik ünvanladı](/uploads/news/6836aea52de02.webp) 
                                            ![HDQ-də [[buraxılış mərasimi]] keçirildi](/uploads/news/68f38ee58dfd0.webp) 
                                            ![[[“Araz-2025” birgə təlimi]] uğurla başa çatdı](/uploads/news/682edf397a67c.webp) 
                                            