Ziya Bünyadov prospekti yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNDİ

Ziya Bünyadov prospekti yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNDİ
12.06.2025 15:31 Hadisə

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti yaxınlığında açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Əlavə məlumat veriləcək.

***

15:31

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti yaxınlığında açıq ərazidə yanğın başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər