Tovuzda qadın boğazından yaralandı

Tovuzda qadın boğazından yaralandı
28.07.2025 21:50 Hadisə

Tovuzda qadın boğazından kəsici alətdən ağır xəsarət alıb.

TodayPress TV-nin məlumatına görə, hadisə Əyyublu kəndində baş verib. 1992-ci il təvəllüdlü T.Ələkbərova boğazının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Qadının yarası dərhal tikilib, vəziyyətinin kafi olduğu bildirilir. Qadının sözlərinə görə, ağacdan yıxılaraq xəsarət alıb.

Fakt araşdırılır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər