Tərtərdə qadın dəm qazından zəhərləndi

Tərtərdə qadın dəm qazından zəhərləndi
14.06.2025 03:34 Hadisə

Tərtərdə 89 yaşlı qadın dəm qazından zəhərlənib.

TodayPress TV-nin məlumatına görə, hadisə rayon mərkəzində - Rövşən Kərimov küçəsində baş verib.

Hamam otağında ikən müvazinətini itirən 1936-cı il təvəllüdlü Quliyeva Zemfira Şahvələd qızı  yerə yıxılıb. Yıxıldığı zaman yapışmaq istədiyi qaz açarı zədələnib və dəm qazı içəri dolub.

Zəhərlənmiş  vəziyyətdə xəstəxanaya çatdırılan ahıl qadının durumu həkimlərin müdaxiləsi nəticəsində stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər