Sumqayıtda yeniyetmə bıçaqlandı

Sumqayıtda yeniyetmə bıçaqlandı
02.10.2025 21:40 Hadisə

Sumqayıt şəhərində mübahisə qanla nəticələnib.

TodayPress TV xəbər verir ki, hadisə şəhərin ikinci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Məhəmməd Nazim oğlu Fərzəliyev aralarında yaranmış münaqişə zəminində, həmyaşıdı - 2009-cu il təvəllüdlü Elcan Anar oğlu Niftəlizadəyə bıçaqla xəsarət yetirib. Yaralı Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin həmyaşıdı M.Fərzəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər