Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi

Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi
19.07.2025 22:25 Hadisə
Sumqayıt şəhərində tanışlar arasında baş verən münaqişə qanlı hadisəyə çevrilib.

TodayPress TV-nın məlumatına görə, hadisə şəhərin 5-ci məhəlləsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Səmədov Rüfət Mirfəttah oğlu aralarında yaranmış mübahisə zəminində tanışı, 1975-ci il təvəllüdlü Gülalıyev Rauf Ağalar oğluna bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.Səmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər