Sosial şəbəkələrdə dələduzluq edən şəxs tutuldu

Sosial şəbəkələrdə dələduzluq edən şəxs tutuldu
16.05.2025 10:42 Hadisə

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi ziyan vuran, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 40 yaşlı Vilyam Məmmədov saxlanılıb.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

O, ”TikTok”  sosial şəbəkəsində  özünü tikinti materiallarının satışı ilə məşğul olan şəxs kimi təqdim edərək müraciət edən şəxslərin pulunu ələ keçirib. 

Faktla bağlı cinayət işi başlanılıb, V.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər