Şəmkirdə yol qəzası baş verdi: Ölən var
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
TodayPress TV xəbər verir ki, "Toyota" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Əli İsmayılov aldığı xəsarətdən dünyasını dəyişib.
İlkin məlumata görə, hadisəyə yüksək sürət səbəb olub.
Faktla bağlı araşdırma aparılır.