Şəkidə yük avtomobili aşdı- Ölən və xəsarət alanlar var
Şəkidə yük avtomobili aşıb.
TodayPress TV xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Belə ki, avtomobil yük boşaldərkən aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 1968-ci il təvəllüdlü Rizvan Cəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb, daha iki nəfər isə xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.