Şəkidə tövlə yandı

Şəkidə tövlə yandı
12.08.2025 23:30 Hadisə

Şəkinin Baş Layısqı kəndində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən TodayPress TV-yə verilən məlumata görə, kənd sakini, 65 yaşlı Sədiyyə Fəttahovaya məxsus ümumi sahəsi 56 kvadratmetr olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış təxminən 2 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından qorunub. Yanğın söndürülüb, səbəbləri araşdırılır.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər