"Sədərək” Ticarət Mərkəzindən yanğınla bağlı İLK AÇIQLAMA

"Sədərək” Ticarət Mərkəzindən yanğınla bağlı İLK AÇIQLAMA
24.08.2025 14:15 Hadisə

“Qaradağda baş vermiş yanğın zamanı "Sədərək” Ticarət Mərkəzinə zərər dəyməyib".

Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədimov bunu TodayPress TV-yə açıqlamasında deyib. 

"Yanğın başqa şirkətə məxsus anbarda baş verib",  - deyə o bildirib. 

Xatırladaq ki, bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat yayılıb. Yanğının söndürülməsi ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının yayılmasının qarşısı alınıb.

Töhfə Səməd

FOTOLAR

"Sədərək” Ticarət Mərkəzindən yanğınla bağlı İLK AÇIQLAMA — 1
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər