Qubada təndirxana yandı

Qubada təndirxana yandı
11.06.2025 09:39 Hadisə

Quba rayonunun Gültəpə kəndində yanğın olub.

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 30 m² olan təndirxananın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər