Qubada məzuniyyətə gələn zaman maşın vuran əsgərin son durumu açıqlandı

Qubada məzuniyyətə gələn zaman maşın vuran əsgərin son durumu açıqlandı
27.07.2025 09:30 Hadisə

2006-cı il təvəllüdlü şəxsə sol qamış sümüyünün qapalı sınığı, 3-4-5-ci qabırğaların sınığı və başın açıq yarası diaqnozu təyin olunub.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Müalicəsi Travmatologiya şöbəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

Töhfə Səməd


***


23:10


Qubada məzuniyyətə gələn əsgəri maşın vurub.

TodayPress TV "Unikal"a istinadən bildirir ki, Quba rayonunun Rustov kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Belə ki, hərbi xidmətdən  məzuniyyətə gələn əsgər 18 yaşlı Pərvin Pərviz oğlunu avtomobil vurub. O, müxtəlif dərəcəli xəsarətlər alaraq Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər