Qızıl-zinət əşyalarının ölkəyə qanunsuz keçirilməsinin qarşısı alındı

Qızıl-zinət əşyalarının ölkəyə qanunsuz keçirilməsinin qarşısı alındı
04.09.2025 09:00 Hadisə

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl-zinət əşyalarının bəyan edilmədən Azərbaycanın gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıb.

Bu barədə TodayPress TV-yə DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bakı-Dubay aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasından keçərkən onun ayaqqabısının içərisində və üzərində gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 8 ədəd qızıl lövhə və 2 ədəd boyunbağı, ümumilikdə 614 qram qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

FOTOLAR

Qızıl-zinət əşyalarının ölkəyə qanunsuz keçirilməsinin qarşısı alındı — 1
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər