Qəsdən yanğıntörətmə faktının üstü açıldı

Qəsdən yanğıntörətmə faktının üstü açıldı
03.09.2025 14:36 Hadisə

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti qəsdən yanğıntörətmə faktının üstünü açıb.

FHN-in Mətbuat xidmətindən TodayPress TV-yə verilən xəbərə görə, sentyabrın 1-də “112” qaynar telefon xəttinə Ağsu rayonunun Nəvahi kəndi ərazisində yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub.

FHN-in yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı əkin sahəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Ağsu rayonunun Nəvahi kənd sakini 1951-ci il təvəllüdlü Mahir Rəhim oğlu Qaniyev tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər