Ölən körpənin anasının vəziyyəti açıqlandı - RƏSMİ
Hacıqabul rayonunun Talış kənd sakini, 1997-ci il təvəllüdlü qadın uşaqsalma sonrası vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TodayPress TV-nin soruğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
İlkin məlumata əsasən, 25-26 həftəlik hamilə qadın xəstəxanaya gedərkən yolda döl itirilməsi (uşaqsalma) hadisəsi baş verib və qanaxma səbəbi ilə doğum evinə müraciət edib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, 10 iyun 2025-ci il tarixində saat 22:07 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasında 6 aylıq körpə ölü doğulub.
Türkan İsgəndərli