Neftçalada narkotik tərkibli bitkiləri yetişdirən şəxs saxlanıldı

Neftçalada narkotik tərkibli bitkiləri yetişdirən şəxs saxlanıldı
18.06.2025 17:32 Hadisə

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı Ariz Hüseynov saxlanılıb. 

TodayPress TV xəbər verir ki. ondan kultivasiya edərək yetişdirdiyi 562 ədəd çətənə kolu aşkar olunub.

Saxlanılan şəxs narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər əməliyyatlar zamanı narkotik tərkibli bitkilərin kultivasiya edərək yetişdirən daha 6 nəfər saxlanılıb. Həmin şəxslərdən isə müxtəlif çəkilərdə marixuana və çətənə kolları aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırma aparılır.

FOTOLAR

Neftçalada narkotik tərkibli bitkiləri yetişdirən şəxs saxlanıldı — 1
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər