Lənkəranda yanğın törədən şəxs saxlanıldı

Lənkəranda yanğın törədən şəxs saxlanıldı
01.09.2025 13:15 Hadisə

Lənkəran rayonunun Haftoni qəsəbəsində yanğın törədən şəxs məsuliyyətə cəlb edilib.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. 

Araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Nazim Babayev tərəfindən törədildiyi məlum olub. 

Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb. N.Babayev barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə göndərilib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər