İsmayıllıda moteldə yanğın baş verdi

İsmayıllıda moteldə yanğın baş verdi
16.06.2025 12:26 Hadisə

İsmayıllıda motel yanıb.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Bildirilib ki, rayonun Gəndov kəndində ümumi sahəsi 1575 m² (hər mərtəbəsinin və mansardının sahəsi 525 m²) olan ikimərtəbəli 7 otaqlı motelin yanar konstruksiyaları yanıb. Motelin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər