Göygöldə avtoqəzada bir ailənin 3 üzvü xəsarət aldı

Göygöldə avtoqəzada bir ailənin 3 üzvü xəsarət aldı
24.08.2025 05:21 Hadisə

Göygöldə iki avtomobilin toqquşması nəticəsində bir ailənin 3 üzvü xəsarət alıb.

TodayPress TV xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

"VAZ" və "KİA" markalı avtomobillər toqquşub. Avtomobillərdən biri toqquşmadan sonra idarəetmədən çıxaraq yol kənarındakı arxa düşüb.

Hadisə nəticəsində Ə.Ələkbərov və onun övladları T.Ələkbərovla K.Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər