Goranboyda avtomobil qəzasında xəsarət alanların vəziyyəti açıqlandı

Goranboyda avtomobil qəzasında xəsarət alanların vəziyyəti açıqlandı
09.06.2025 14:28 Hadisə

Bu gün saat 11:45 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2010 və 1953-cü il təvəllüdlü iki nəfər (kişi cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, xəsarət alan şəxslərə başın təpə nahiyəsinin dərin kəsilmiş yarası və dəqiqləşdirilməmiş travması diaqnozu təyin edilib.

"Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", - deyə məlumat verilib.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər