Gəncədə qəza - xəsarət alanlar var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21012 " ilə "VAZ 2109" markalı minik maşınları toqquşub.
Qəza zamanı 1997-ci il təvəllüdlü H.Axundov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.