Gəncədə kişi bıçaqlandı
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
TodayPress TV-nin xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü V. Qazıyev döş qəfəsinin kəsilmiş deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.