DİN və DSX əməliyyat keçirdi, axtarışda olan şəxs saxlanıldı

DİN və DSX əməliyyat keçirdi, axtarışda olan şəxs saxlanıldı
31.07.2025 11:39 Hadisə

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həsənov Nasib Qara oğlu istintaqa təhvil verilib. O, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub.

Aidiyyəti üzrə araşdırmalar davam etdirilir.

FOTOLAR

DİN və DSX əməliyyat keçirdi, axtarışda olan şəxs saxlanıldı — 1
XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər