Çətənə kollarının kultivasiyasını təşkil edən qadın saxlanıldı

Çətənə kollarının kultivasiyasını təşkil edən qadın saxlanıldı
09.09.2025 12:41 Hadisə

Saatlı rayonunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Çinarə Astanova saxlanılıb.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. 

Bildirilib ki, həmin şəxsdən satış məqsədi ilə qablaşdırılmış 3 kiloqram marixuana, eləcə də kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər