Biləsuvarda avtomobil qəzasında yaralananların vəziyyəti açıqlandı

Biləsuvarda avtomobil qəzasında yaralananların vəziyyəti açıqlandı
15.06.2025 17:00 Hadisə

Bu gün saat 12:40 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən TodayPress TV-nin sorğusuna cavab olaraq bildirilib ki, onlardan 1985-ci il təvəllüdlü şəxsə başın, döş qəfəsinin səthi travması, sol kürəkdə və sağ dizdə əzilmiş və sıyrıqlar, 2000-ci il təvəllüdlü şəxsə isə dəqiqləşdirilməmiş kəllədaxili travma, döş qəfəsinin səthi travması diaqnozları təyin edilib.

Hazırda hər ikisinin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, 2009-cu il təvəlüdlü şəxs aqonal vəziyyətdə tibb müəssisəsinə daxil olub. Bütün reanimasiya tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 12:45-də pasiyentin ölüm faktı qeydə alınıb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər