Bakıda yük avtomobili qəza törətdi: ölən var

Bakıda yük avtomobili qəza törətdi: ölən var
24.06.2025 09:20 Hadisə

Bakıda yük avtomobili qadını vuraraq öldürüb.

TodayPress TV xəbər verir ki, 1975-ci il təvəllüdlü, İsmayılov Rövşən Mövlud oğlu idarə etdiyi "Mercedes Axor" markalı yük avtomobili ilə Binəqədi şosesi-DSK yolu şəhid Nicat Mustafayev küçəsində hərəkətdə olarkən piyada Mahmudova Səbuhə Kəmaləddin qızını vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər