Bağ sahəsini narkotik plantasiyasına çevirən şəxs tutuldu

Bağ sahəsini narkotik plantasiyasına çevirən şəxs tutuldu
27.06.2025 10:57 Hadisə

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş 34 yaşlı Vaqif Məmmədov saxlanılıb.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onun bağ sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən çəkisi 30 kiloqram olan 182 ədəd çətənə kolu aşkar edilib. V.Məmmədov narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini bildirib. Saxlanılan şəxs ərazini kənardan müşahidə etmək üçün orada günəş panelli videokameralar da quraşdırıb.

Fakla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

FOTOLAR

Bağ sahəsini narkotik plantasiyasına çevirən şəxs tutuldu — 1
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər