Ağ Şəhər bulvarında meyit aşkarlandı

Ağ Şəhər bulvarında meyit aşkarlandı
29.06.2025 19:15 Hadisə

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ Şəhər bulvarı ərazisində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

Müraciətlə əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri müraciət üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər