9 kiloqrama yaxın narkotikin dövriyyəsinin qarşısı alındı

9 kiloqrama yaxın narkotikin  dövriyyəsinin qarşısı alındı
31.05.2025 11:39 Hadisə

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Abşeron və Sabunçu rayonlarında həyata keçirilən tədbirlər zamanı 29 yaşlı bir qadın, əvvəllər məhkum olmuş, 57 yaşlı Ş.Şirinov və 21 yaşlı A.Bədirli saxlanılıblar.

Onlardan ümumi çəkisi 9 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər