80146 ədəd çətənə kolu məhv edildi

80146 ədəd çətənə kolu məhv edildi
12.06.2025 10:40 Hadisə

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 11-də ümumi çəkisi 1,9 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 105 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 19 tona yaxın çəkidə 80146 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

TodayPress TV xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər