4 ton çətənə kolu məhv edildi

4 ton çətənə kolu məhv edildi
26.06.2025 11:21 Hadisə

Qəbələnin Nic qəsəbəsində 4 ton çətənə kolu məhv edilib.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Nic qəsəbəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Qeyd edilib ki, ümumi çəkisi 4 ton olan 8000 ədəd çətənə kolu yandırılaraq məhv edilib. 

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər