1800 ədəd çətənə kolu aşkarlandı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 12-də ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə, kultivasiya yolu ilə yetişdirilmiş 73 çətənə kolu götürülüb, yabanı halda bitmiş 1800 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.