18 tona yaxın çətənə kolu aşkarlandı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 27-də ümumi çəkisi 39,5 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 17,6 tona yaxın çəkidə 43568 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.