1300 ədəd çətənə kolu aşkarlandı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 14-də ümumi çəkisi 51,1 kiloqram olan narkotik vasitə və 1445 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 1300 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.