12 tona yaxın çətənə kolu məhv edildi
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 21-də və 22-də ümumi çəkisi 15,6 kiloqramdan artıq narkotik vasitə, 21 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 11,8 tondan artıq çəkidə 29019 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.