Şöbə müdiri: “Müəssisələrin qida ilə təminatı diqqət mərkəzindədir”
Elm və Təhsil
30.07.2025 15:36
“Müəssisələrin qida ilə təminatı diqqət mərkəzindədir”.
TodayPress TV xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, artıq iki ildir ki, qidalanma ilə bağlı pilot layihəsi tətbiq olunur. Uşaqların gündəlik qidalanma rasionu vahid menyu ilə tənzimlənir.
“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə əməkdaşlıq çərçivəsində indiyədək 1600 nəfər qida ilə məşğul olan əməkdaş təlimlərə cəlb edilib. 900 müəssisədə qida nümunələri götürülərək laborator analizlər aparılıb. Bu il də 500 müəssisədə təlimlərin təşkili, laborator analizlərin davam etdirilməsi və mətbəxlərdə maarifləndirici plakatların yerləşdirilməsi planlaşdırılır”.
Töhfə Səməd
tag: MÜTDA,Tədbir,Brifinq,Qida,Todaypress.tv,