TKTA: İbtidai sinif müəllimi olmaq istəyənlərin 90%-ı uğursuz oldu
Elm və Təhsil
16.09.2025 11:37
"Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən 23 iyun 2025-ci il tarixində təşkil olunan peşə imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə iştirak edən namizədlərin 90%-i uğursuz nəticə əldə edib".
TodayPress TV xəbər verir ki, bunu TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sözügedən imtahanda həmin ixtisas üzrə 10 nəfərdən 9 nəfəri uğursuz nəticə göstərib, yalnız 1 iştirakçı uğurlu nəticə əldə edib.
"Uğursuz nəticələrin əsas hissəsi Rusiya Federasiyası, Türkiyə Respublikası və Gürcüstanın ali təhsil müəssisələrinin (ATM) məzunlarının payına düşür.
Bu istiqamətdə TKTA tərəfindən aparılan təhlil göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ali təhsil müəssisələrinə hər hansı ciddi dəyərləndirmə olmadan, yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir.
Türkan İsgəndərli
tag: TKTA,Tələbə,Təhsil,Müraciət,Todaypress.tv,