100 bağçada monitorinqlər aparılacaq

Elm və Təhsil

30.07.2025 15:38

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəbəqədər təhsil müəssisələri üçün keyfiyyət çərçivə sənədi hazırlanıb”. 

TodayPress TV xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu sənədə əsasən 150 bağçada daxili keyfiyyət sisteminin qurulması üzrə monitorinqlər həyata keçirilib. Bu il əlavə 100 bağçada da keyfiyyət təminatı üzrə monitorinqlərin davam etdirilməsi planlaşdırılır. 

O diqqətə çatdırıb ki, Agentlik və yerli təhsili idarəetmə orqanları tərəfindən aparılan planlı monitorinqlər zamanı idarəetmə sistemi, pedaqoji proseslər və inzibati işlər yoxlanılır. 2025-ci ilin yanvar ayından etibarən müxtəlif səbəblərə görə 41 müdir işdən çıxarılıb və 100-dən çox müdirə inzibati tədbirlər tətbiq olunub.  

Töhfə Səməd

tag: MÜTDA,Tədbir,Bağça,Monitorinq,Todaypress.tv,