Zelenski: "İran–İsrail münaqişəsi Ukrayna üçün yeni risklər yaradır"

Dünya

14.06.2025 19:15

Ukrayna prezidenti Volodimir Zelenski Yaxın Şərqdə baş verən qarşıdurmanın ölkəsi üçün əlavə təhlükələr doğurduğunu bildirib.

TodayPress TV “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu fikirləri o, brifinq zamanı səsləndirib.

Dövlət başçısı vurğulayıb ki, İsrailin İrana endirdiyi zərbələrin nəticələri artıq hiss olunmağa başlayıb: neftin qiymətləri artıb və bu, Rusiya üçün iqtisadi üstünlük yaradır.

Zelenskinin sözlərinə görə, neftin bahalaşması Moskvanın gəlirlərini artırır və bu vəsaitin bir hissəsi Ukraynaya qarşı müharibəyə yönəldilə bilər:

“Bu amil bizə heç bir halda kömək etmir. Məhz buna görə də ABŞ ilə aparılan danışıqlarda enerji sahəsində Rusiya Federasiyasına qarşı qiymət tavanı tətbiqi və yeni sanksiyalar məsələsində səsimiz daha güclü çıxacaq,” – deyə Zelenski qeyd edib.

Qiymət Mahir

tag: Ukrayna,Zelenski,İran,İsrail,Todaypress.tv,