Britaniya Nazirlər Kabineti Qəzza üçün təcili iclasa çağırıldı
Dünya
28.07.2025 09:57
Böyük Britaniyanın Baş naziri Kir Starmer, Qəzzadakı humanitar böhranı müzakirə etmək üçün yaz tətilində olan nazirlər kabinetini bu həftə təcili toplantıya çağıracaq.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, Starmer bu həftə kabinet iclası keçirəcək və sentyabrın 1-ə qədər tətildə olan nazirlər Qəzzadakı böhranı müzakirə etmək üçün Londonda toplanacaq.
Fələstin dövlətinin tanınması istiqamətində artan ictimai təzyiqlərin fonunda Starmerin bu mövzunu nazirlərlə geniş şəkildə müzakirə edəcəyi qeyd olunub. Hökumət mənbələri həmçinin bildirib ki, Britaniya Yaxın Şərqdəki gərginliyin azaldılması və böhranın həlli üçün atacağı növbəti addımları müəyyənləşdirəcək.
Starmerin bu gün Şotlandiyada ABŞ prezidenti Donald Tramp ilə keçirəcəyi görüşdə də Qəzzadakı vəziyyəti gündəmə gətirəcəyi gözlənilir.
Töhfə Səməd
tag: Britaniya,Baş nazir,Kir Starmer,Qəzza,Todaypress.tv,