Zelenski: "Bu, Kiyevə edilən ən dəhşətli hücumlardan biridir"

Zelenski: "Bu, Kiyevə edilən ən dəhşətli hücumlardan biridir"
17.06.2025 11:37 Dünya

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya gecə saatlarında Ukraynanın bir neçə vilayətinə raket və PUA hücumları həyata keçirib.

TodayPress TV xəbər verir ki, hücumlar Kiyev, Odessa, Çerniqov, Nikolayev, Jitomir, Kirovoqrad və Zaporojye vilayətlərini əhatə edib.

Zelenskinin sözlərinə görə, Rusiya Ukraynaya 440-dan çox pilotsuz təyyarə və 32 raketlə hücum edib. 

Kiyevin səkkiz rayonunda dağıntılar baş verib, xilasetmə işləri davam edir. Odessa şəhərində də axtarışlar aparılır. İlkin məlumatlara əsasən, azı 15 nəfər ölüb, 75 nəfər yaralanıb.

Zelenski bu hücumları "terror aktı" adlandıraraq, Rusiya prezidenti Putini müharibəni davam etdirməkdə ittiham edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər