Zelenski ATƏT-in növbəti konfransına videobağlantı ilə qatılacaq
Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 31-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək “Helsinki+50” adlı beynəlxalq konfransa videobağlantı vasitəsilə qatılacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Konfrans Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 1975-ci ildə Helsinkidə keçirilmiş ilk sammitinin 50 illik irsinə həsr olunub.
Tədbirə təşkilatın 57 üzv ölkəsi dəvət edilib. Konfransda Rusiya və Belarus nümayəndələrinin də iştirakı gözlənilir.
Töhfə Səməd