Yunanıstanda miqrant qayığı batdı: 4 nəfər öldü

Yunanıstanda miqrant qayığı batdı: 4 nəfər öldü
07.10.2025 18:02 Dünya

Yunanıstanda Egey dənizinin Lesbos adasının sahillərində miqrantlarla dolu qayıq batıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Hadisə nəticəsində biri uşaq olmaqla 4 nəfər həlak olub. 34 nəfər sağ qalaraq özləri sahilə çıxıb və polis tərəfindən tapılıb. Onlar qayıqda ümumilikdə 38 nəfərin olduğunu, heç kimin itkin düşmədiyini bildiriblər. Bu səbəbdən axtarış-xilasetmə əməliyyatı dayandırılıb.

Qayığın batma səbəbi hələlik məlum deyil. Həlak olanların və sağ qalanların milliyyəti barədə də rəsmi məlumat verilməyib.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər