Yer kürəsində güclü maqnit qasırğası gözlənilir

Yer kürəsində güclü maqnit qasırğası gözlənilir
07.08.2025 11:10 Dünya

Avqustun 8-də Yer kürəsində son iki ayın ən güclü maqnit qasırğası gözlənilir. 

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiya laboratoriyasının “Telegram” kanalında məlumat verilib.  

Son hesablamalara görə, avqustun 5-də baş vermiş “M4.4” səviyyəli güclü günəş alovundan sonra Yerə çatan kütləvi tullantılar əvvəlki proqnozlardan daha güclü geomaqnit təsirlərə səbəb olacaq. Modellər bu tullantıların planetə yüksək sürətli plazma axını ilə yaxınlaşacağını göstərir. 

Qeyd olunub ki, plazmanın Yerə avqustun 8-də yerli vaxtla saat 08:00-da çatacağı gözlənilir. 

Aysel Mətləb

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər