Yeni dövlət yaradılacaq

Yeni dövlət yaradılacaq
12.07.2025 17:45 Dünya

Yeni Kaledoniyada yeni dövlətin yaradılması ilə bağlı razılıq əldə olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Saziş Parisətrafı qəsəbədə imzalanıb və tərəflər Yeni Kaledoniyanın Fransadan tam müstəqil olmasa da, geniş muxtariyyətə malik yeni bir dövlətə çevrilməsinə razılaşıblar.

Sazişə əsasən, Yeni Kaledoniyada ayrıca vətəndaşlıq yaradılacaq və beynəlxalq münasibətlər sahəsində bəzi səlahiyyətlər yeni dövlətə veriləcək.

Bu razılaşma hələ Fransa parlamentində səsə qoyulmalı və Yeni Kaledoniya adalarında keçiriləcək referendumda təsdiqlənməlidir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər